IX sinif şagirdləri arasında bilik yarışı

    H. Z Tağıyev adına 123 saylı tam orta məktəbdə 21.01.2022-ci il tarixdə IX siniflər arasında Breyn-rinq yarışı keçirildi. Yarış 4 mərhələdə müxtəlif mövzularda olan suallardan tərtib edilmişdi. Bu suallar əsasən şagirdlərin əldə etdikləri biliklərin aşkarlanması və bacarıqlarını üzə çıxarmaq məqsədi daşıyırdı.

    Bütün siniflər arasında Breyn-rinq oyunları məktəbdə mütəmadi keçirilir. Lakin IX sinif şagirdləri ilə keçirilən bu yarış digərlərindən fərqlənir. Bu siniflər buraxılış siniflər olduğu üçün tərtib olunan suallar həm bilik yönümlü, həm də peşəyönümlüdür. IX sinfi bitirəndən sonra gələcəkdə seçəcəkləri və çalışacaqları peşələrin müxtəlifliyi ilə əlaqəli sualların olması da yarışı daha maraqlı edir.Gərgin keçən yarış sona çatdı. Münsiflər heyətindən Gənc Könüllü Heydər Mirzəyev yarışın maraqlı keçdiyini söylədi,şagirdlərdə olan əzmkarlığı alqışladı.

    Məktəbin direktoru Mustafayeva Sevinc şagirdlərə uğurlar dilədi,qalibləri təbrik etdi,öz tövsiyyələrini verdi. Qeyd etdi ki, hər Breyn-rinqdə ayrı-ayrı siniflər yox qazandığımız biliklər qalib gəlir. O nəticələri elan edərək, şagirdləri fəxri fərmanla təltif etdi. IXb I yerə, IXa və IXd siniflər II yerə, IXc sinfi isə III yerə layiq görüldü.

    Sonda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi