Qanlı Yanvar

    Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş hadisələri xalqımız 32 ildən sonra da həm ağrı-acı, həm də qürur hissi ilə yaşayır. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı.Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Şəhidlər milyonlarla insanın çiynində son mənzilə yola salındı.

    Vaxtilə Ulu Öndər H.Əliyev bu barədə danışarkən deyirdi:"1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru,daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi,dönüş nöqtəsi olmuşdur".

    18.01.2022 ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə tarix müəllimi Səmayə Rzayeva 8a sinif şagirdləri ilə birlikdə dəyirmi masa təşkil etdilər. Dəyirmi masada S Rzayeva şagirdlərə bu "Qanlı gecə" barəsində ətraflı məlumatlar verdi.Sonra şagirdlərin əldə etdikləri məlumatlar dinlənildi.

    Sonda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi