20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

    Qanlı Yanvar günündən artıq 32 il ötür. Illər keçdikcə bu hadisəyə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə ağlayıb-sızlayır,qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır.

    Bu soyuq qış gecəsində Bakının küçə və meydanları insanlarla dolu idi. O gecə ürəklərə yalnız bir hiss hakim kəsilmişdi:öldü var, döndü yoxdu. Bu, tariximizdə dönüş nöqtəsi oldu və çox keçmədən Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşdu. Şəhidlər tarixə azadlıq müjdəsi gətirən qaranquşlar kimi düşdü.

Siz bizim üçün ölsəniz də, bizim üçün siz ölməmisiniz deyən Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin IX d sinif şagirdləri və tarix müəllimi Kərimli Məlahət 17.01.2022-ci il tarixində dəyirmi masa təşkil etdilər. Tədbir zamanı şagirdlərin hazırladıqları videoçarxlar izlənildi, çıxışlar dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi