8-ci siniflər arasında Breyn-rinq

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 14.01.2022-ci il tarixdə Breyn-rinq yarışı keçirildi. Bu dəfə 8-cilər öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Yarış 4 mərhələ üzrə olaraq, şagirdlərin həm fənnlər, həm də ümumi dünyagörüşünü əhatə edən suallardan tərtib edilmişdi. Gərgin keçən oyun nəhayət sona çatdı. Münsiflər heyəti,məktəbin direktoru Mustafayeva Sevinc xanım və yarışı dəstəkləyən, məktəbin məzunu, Gənc Könüllü hərəkatçı Heydər Mirzəyev nəticələri elan etdilər. Sevinc xanım qalib olan VIIId sinif şagirdlərini təbrik edərək, onları Fəxri fərmanla təltif etdi.Digər komandaları da tutduqları yerlərin Fəxri fərmanı ilə təltif edərək, ruhdan düşməməyi, gələn oyunda daha yaxşı hazırlaşaraq qalib olmaqlarını arzuladı.Bütün komandalara uğurlar dilədilər. Yeni biliklər qazanmaqda belə yarışların böyük əhəmiyyətinin olduğu bir daha vurğulandı.Sonda bütün yarış iştirakçıları xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi