Məktəbdə “ERASMUS+”-un layihəsi üzrə seminar keçirildi

07.10.2016-cı il tarixində Azərbaycan Gənclər İttifaqının bir qrup nümayəndəsi Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə oldular. Onlar Avropa Birliyinin rəsmi təhsil proqramı olan “ERASMUS+”-un layihələrindən biri olan “ Ətraf mühitə yardım” layihəsi çərçivəsində seminar keçirtdilər. Layihəyə 03-11 sentyabr tarixində Çexiya Respublikasının Molodonov şəhərində start verildi. Layihənin əsas məqsədi ekologiyanın qorunması yolları, zibil tullantılarının təkrar emalı və məktəblilərin bu işdə maarifləndirilməsi idi. Layihə iştirakçıları vətənə döndükdən sonra məktəblərdə ekoloji maarifləndirmənin gücləndirilməsi üçün müxtəlif görüşlər və seminarlar keçirirlər. Azərbaycan Gənclər İttifaqı bu maarifləndirmə proqramı çərçivəsində 123 №-li tam orta məktəbin rəhbərliyinin dəstəyi ilə məktəbdə müəllim və şagirdlərin görüşü keçirildi. Seminarı giriş sözü ilə AGİ-nin sədr müavini Fuad Dərgahlı açdı. O, seminar iştirakçılarına təşkilat haqqında ətraflı məlumat verdi. Sonra təşkilatın üzvlərindən Azər Sanılı, Ülviyyə Rüstəmova, gələcək layihələrdən söz açdılar.Məktəbin direktoru Səba Həsənova çıxış edərək bildirdi ki, bu seminar şagirdlərin gələcək inkişafında böyük rol oynayacaq. Tədbirin sonunda şagirdlərlə təşkilat üzvləri məktəbin həyətində “ətraf mühitə yardım” devizi altında hərəyə bir ağac əkdilər və xatirə şəkli çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi