Əzizə Cəfərzadə-100

    29.12.2021-ci il tarixdə H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan dili və ədəbiyyat müəllimi  Vəfa Məmmədovanın rəhbərliyi altında 6d sinif şagirdləri ilə disput keçirildi.

    Disputda məktəbin rəhbərliyi, psixoloq və bir neçə müəllim də iştirak etdi. Disputda tarixi romanlar müəllifi kimi tanınan Əzizə Cəfərzadənin yer aldığı videoçarx nümayiş etdirildi. Şagirdər yazıçının qələmə aldığı “Çörək” hekayəsini nəql etməklə, çörəyin əvəzssiz nemət olduğunu, çörəklə bağlı adət-ənənələrimizə həmişə sadiq qalmağın zəruriliyinin bir daha şahidi oldular.

    Disput çörəklə bağlı hikmətli sözlər və maraqlı sualları cavablandırmaqla başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi