Yol hərəkəti qaydalarını öyrənək

    Yol hərəkəti qaydaları yolda, küçədə insanların təhlükəsizliyini təmin edir, onların həyatını qoruyur.

29.12.2021-ci il tarixində H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə "Yol təhlükəsizliyi qaydalarına necə əməl edirik?" mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat verməkdir.

    Tədbirdə şagirdlərin ifasında "Cırtdan yol hərəkəti qaydalarını öyrənir" adlı səhnəcik nümayiş etdirildi, müxtəlif videoçarxlar izlənildi.

Bu tədbir uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi,eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyin təmin olunması məqsədilə həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi