5 oktyabr Müəllimlər Günü tədbiri keçirildi

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Ulu öndərimiz Heydər Əliyev əziz müəllimlər haqqında demişdir: Mən dünyada müəllimdən yüksək ad tanımıram. Bu bayram Xəzər rayonu, H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə 05.10.2016-ci il tarixdə böyük təntənə ilə qeyd olundu. I sinif şagirdlərinin tədbirdə rəngarəng çıxışları, sevimli müəllimləri haqqında söylədikəri xoş sözləri hamının çöhrəsində sevincli anlar yaratdı.Məktəbin direktoru Həsənova Səba xanım bütün müəllimləri bu bayram günü ilə təbrik etdi, onlara şərəfli işlərində müvəffəqiyyətlər arzuladı.Məktəbin Həmkarlar komitəsinin sədri Əzimova Gülnarə müəllimə həmkar müəllimlərə xoş arzularını çatdırdı. Digər müəllimlər də müəllimlik peşəsini onlar üçün nə qədər əziz olduğunu söylədilər.Tədbirdə bəzi müəllimlər və şagirdlər təhsildə, təlim-tərbiyədə qazandıqları nəaliyyətlərə görə rəhbərlik tərəfindən fəxri fərmanlarla təltif edildilər. Qaranlıq yolumuzu aydınladan müəllimlərimizin bayramını bir daha təbrik edirik, onlara can sağlığı arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi