İlham Əliyev və qüdrətli Azərbaycan

    Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev prezidentliyin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atmışdır.

Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Prezidentin birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Dövlətimizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

     Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.

     Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının qarşısında ən böyük xidməti bilavasitə onun rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən Müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir.

     H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "İlham Əliyev və qüdrətli Azərbaycan" mövzusunda seminar keçirildi. Məktəb kollektivi Prezident İlham Əliyevin 17 il prezidentliyi dövründə gördüyü işlərə nəzər yetirdi. Ali Baş Komandanın “dəmir yumuruğu” sayəsində birləşərək Azərbaycan qalib ölkə kimi dünya arenasına çıxdı. Xalqımız dünyada, mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

Biz Sizinlə fəxr edirik, cənab Prezident.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi