Bədii sözün tanrısı

Bədii sözün tanrısı Azərbacan ədəbiyyatının həkimi, ədəbiyyatı Xəmsəyə sığdıran, "Xəmsə" ilə Azərbaycanı tanıdan Şeyx Nizami. Bildiyimiz kimi Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin sərəncamına əsasən 15 dekabr tarixində "Nizami-880 il" silsilə yubiley tədbirlərdən sonuncusu "Bədii sözün tanrısı" keçirildi. Tədbirdə "Nizami poeziyası ani hisslərin yox, yaddaş, bilgi, düşüncə süzgəcinin məhsuludur" deyərək giriş sözü ilə məktəbin direktoru S.Mustafayeva çıxış etdi. Daha sonra Z.Sanıyeva söz dünyasının günəşi sayılan Nizami Gəncəvinin yaratdığı mənəvi sərvət sayəsində yeni-yeni ürəkləri, şüurları, qəlbləri fəth etdiyini söylədi.

G.Əzimova,T.Qədirova və V.Məmmədova da tədbirdə çıxış etdilər.

 Tədbirdə 6e,7c,10b,11a sinif şagirdləri Nizaminin qəzəllərini söylədi və əsərlərindən səhnələr göstərdilər.

Yüzillikləri arxada qoyub dövrümüzə qədər gələn və bəşəriyyət tarixində əbədi mövqe qazanan Nizami bu gün bizim mənəvi müasirimiz kimi yaşayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi