“Narkomaniyaya yox deyək!”

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 14 dekabr tarixində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Bakı şəhər üzrə Təhsil İdarəsinin birgə  təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun, Bakı şəhər üzrə Təhsil İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin o cümlədən Xəzər rayon İcra Hakimiyyətinin aparatının nümayəndəsi də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

    Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr və sair barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar  ətrafında geniş diskussiya aparılmışdır.

    Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi