31 mart Azərbaycanlıların Soyqırım Günü 31.03.2015-ci il

31 mart-Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li tam orta məktəb və Xəzər rayonu İcra hakimiyyətinin birgə tədbir hazırlayıb. Tədbir məktəbin həyətində yerləşən iki türk şəhidinin məzarı önündə keçirilib. Tədbirdə məktəbin direktoru Səba Həsənova, Daxili Qoşunların Ali Hərbi Məktəbinin Şəxsi Heyətinin rəhbəri general-polkovnik İlqar Məmmədov, Qarabağ Əlillər Cəmiyətinin sədri Səfa Əliyev, tarix elmləri doktoru Təvəkkül Əliyev və başqaları çıxış ediblər. Çıxış edənlər 1918-ci ildə bolşeviklərin daşnaklarla birlikdə xalqımıza qarşı həyata keçirdikləri milli qırğından danışıblar. Mart soyqırımının və ya Mart hadisələrinin Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Xaçmaz, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə də törədildiyi bildirilib. Qeyd olunub ki, Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Şagirdlərə tarixin hələ tam açılmamış səhifələrindən biri olan 31 mart soyqırımı hadisəsinin xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi unutmamaq tövsiyə edilib.Tədbir VII a sinif şagirdlərindən İlahə Dəmirova, Səma Mövbalıyeva,Ləman Abdullayeva, Aydan Behbudova, Mədinə Xəlilli, VIIIb sinif şagirdləri Cahanbanu Quliyeva və Sirac Novruzovun iştirakı ilə hazırlanan bədii kompozisiya ilə başa çatıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi