Hərəyə bir ağac əkək

Yaşıl ağacların insan həyatında nə qədər böyük rol oynadığını hər kəs bilir. Odur ki, uşaqlara hələ kiçik yaşlarından bunu aşılamaq lazımdır.

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə gözəl bir ənənə yaranmışdır. Məktəb həyətində çoxlu şam, meyvə ağacları və müxtəlif gül kolları vardır. Lakin məktəb kollektivi tərəfindən mütəmadi olaraq dərsdən sonra məşğələlərdə şagirdlərlə bərabər ağaclar əkilir.

01.12.2021 – ci il tarixdə VI c sinif rəhbəri və şagirdləri məktəb kollektivinə müraciət etdilər. Digər sinif şagirdləri, müəllimlər və məktəb rəhbərliyi bu işə böyük həvəslə qoşuldular. Məktəb həyətində 30 ədəd şam və meyvə ağacları əkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi