Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri

Xəzər RPİ polis əməkdaşları H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə şagirdlərlə maarifləndirici görüş keçirib.

"Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri", "Erkən nikah və onun fəsadları", "İnternetdən təhlükəsiz istifadə", "İnsan alveri böyük sosial bəladır" mövzusunda keçirilən tədbirdə IX, X, XI sinif şagirdləri və müəllimlər iştirak etdilər.

YYÇPİTB - nin əməkdaşları, polis kapitanı Xəyalə Həsənova və polis leytenantı İsmixan Səfərzadə öz çıxışlarında narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan danışaraq narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polis orqanlarının apardığı qətiyyətli mübarizə barədə ətraflı məlumat verdilər.

Tədbirdə erkən nikahlara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat - maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulandı.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi