Coğrafiya fənni üzrə breyn-rinq yarışı

H.Z. Tağıyev adına 123 saylı tam orta məkəbdə təhsilə verilən müasir tələblər baxımından şagirdlərin intellektinin inkişafı üçün müxtəlif üsul və tədbirlərdən istifadə edilir. Breyn-rinq oyunlarının şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında böyük rolu var. Coğrafiya-tarix aylığında 30.11.2021-ci il tarixdə məktəbdə coğrafiya fənni üzrə IX siniflər arasında bilik yarışı keçirildi. Coğrafiya fənn müəllimlərinin və “Kiçik Akademiya” nın təşkil etdiyi bu yarışda şagirdlər sualları doğru, dürüst cavablandırmaqla münsifləri sevindirdilər. Yarışın məqsədi təkcə qalibi müəyyən etmək deyildi, həm də intellektual Azərbaycan gənclərinin fomralaşması idi. Su, Hava, Od və Torpaq adlanan komandalar gərgin yarışdan sonra böyük həyəcanla nəticənin səslənməsini gözləyirdilər. Sonda məktəbin direktoru Sevinc xanım nəticələri elan etdi, IXd sinif şagirdlərinin Torpaq komandasının qalib olduğunu söylədi. Digər şagirdlərin də ruhdan düşməyərək, gəlcəkdə keçiriləcək yarışlarda daha yaxşı hazırlaşmaları və qələbə qazanacaqlarına indandığını söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi