Uşaqlar öz hüquq və vəzifələrini bilirlərmi?

Uşaq hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin baş məclisi tərəfindən yekdilliklə qəbul edildi. Bu sənəd beynəlxalq hüquqi qüvvəyə malikdir. Hazırda bu Konvensiyaya 185 ölkə, o cümlədən Azərbaycan da qoşulmuşdur. İnsan hüquqlarına hörmət cəmiyyətin uşaqlara münasibətdən başlayır. Valideynin, məktəbin, cəmiyyətin uşağın şəxsiyyətinin formalaşmasında böyük rolu vardır. Konvensiyada hüquqlar müəyyən əlamətlərə görə qruplaşdırılmışdır.

H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin VIIId sinif şagirdləri və sinif rəhbəri tarix  müəllimi Kərimli Məlahət bu əlamətləri “Hüquqlarımızı və vəzifələrimizi bilirikmi?” mövzusunda səhnələşdirilmiş tədbir hazırlamışdı. Şagirdlər yaşamaq, inkişaf, müdaifə və iştirak hüquqları haqqında çox maraqlı məlumat verdilər. Uşaqlara verilən hüquqlar haqqında hazırlanan slaydlar və şagirdlərin ifasında deyilən hər hansı fikrin doğru olub, olmadığını özləri tərəfindən deyilməsi tədbiri daha maraqlı etdi. Şagirdlərin Azərbaycan gənci kimi formalaşmasında belə tədbirlərin rolu böyükdür.

Tədbirin sonunda məktəbin direktoru Sevinc xanım tədbir iştirakçılarına gözəl çıxışları üçün təşəkkür edib, onlara bəzi tövsiyyələrini verdi. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi