Məktəbdə məktəb icmasının yaradılması ilə bağlı tədbir keçirildi

20 sentyabr 2016-cı ildə Bakı şəhər Xəzər rayonu 123 №-li tam orta məktəbdə məktəb icmasının yaradılması məqsədilə toplantı keçirildi.Toplantı sinif rəhbərləri və bəzi fənn müəllimləri, məktəbin ən fəal şagirdləri və valideynlərinin iştirakı ilə baş tutdu.Tədbiri giriş sözü ilə açan tarix müəllimi və UBR Zülfiyyə Niftaliyeva Təhsil Nazirliyinin pilot layihəsi olan Məktəb İcması, icmanın əsas məqsədləri, 100 ildən artıq dünya təcrübəsində və son 1 ildə ölkəmizdə fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, müasir dövrdə uğurlu məktəb formulu-valideyn, şagird və müəllimlərin birgə fəaliyyətinə əsaslanır. Tərəflərdən birinin prosesdən kənarda qalması lazım olan nəticəni almağa imkan vermir.Məktəbin direktoru Səba Həsənova hələ icma yaradılmadan öncə müxtəlif tədbirlərdə öz fəallıqları ilə seçilən şagirdlərə, valideynlərə və müəllimlərə təşəkkür etdi. Qeyd etdi ki, icma vasitəsilə valideynlər tədris prosesinə daha çox cəlb olunacaqlar. Bütün bunlar ümumilikdə məhz tədrisin də, təlimin də keyfiyyətinə, təlim-tərbiyə işinin daha düzgün qurulmasına gətirib çıxacaq.Valideyinlər və şagirdlər müxtəlif təkliflər və ideyalarla çxış edərək, Məktəb icmasının hər bir məktəb üçün çox vacib olduğunu söylədilər. Birgə fikirlər, rəylər nəticəsində müəllim, şagird və valideyn icması yaradıldı. Hər icmaya sədr, müavinlər və üzvlər müəyyən olundu.Ümümilikdə Məktəb icmasına sədr məktəbin Tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Sanıyeva seçildi.Müəllim İcmasına məktəbin coğrafiya müəllimi, hər zaman öz çalışqanlığı və məsuliyyətilə seçilən Gülnarə Əzimova təyin olundu. Valideynlərdən Nərminə Məmmədova və digər bir neçə fəal valideyn icması rəhbərliyinə məsləhət bilindilər.Sonda digər müəllim, valideyn və şagirdlər də çıxış edərək, ümumilikdə məktəbə uğurlar dilədilər və hər kəs uğur gözləntilərində əlindən gələni əsirgəməyəcəyini bildirdi.Necə deyərlər, hamı külüngü bir yerə vurarsa, istənilən nəticəni almaq olar.Beləliklə, yeni yaradılan Məktəb İcması ilk iclasına qədər öz işini yekunlaşdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi