Narkomaniya uçuruma aparan yol

H.Z.Tağıyv adına 123 saylı tam orta məktəbdə 25.11.2021-ci il tarixində maarifləndirici tədbir olan “Narkomaniya və QİÇS” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə biologiya müəllimi Rəsulova Bahar açıq elan etdi. O, “Narkomaniya və QİÇS” bu gün bəşəriyyətin ən ciddi problemlərindən biri olduğunu, bu istiqamətdə dövlət tərəfindən qəbul edilən və imzalanan fərmanlar barədə şagirdlərə məlumat verdi. Şagirdlər bu mövzu ilə bağlı çoxlu rəsm əsərləri, video çarxlar hazırlamışdılar. IXc sinif şagirdləri böyük fəallıq göstərərək mövzuya çox gözəl hazırlaşmışdılar. Belə ki, şagirdlər cəmiyyətdə “Ağ ölüm” kimi tanınan narkomaniya bəlası haqqında geniş məlumat verdilər. Daha sonra Aysu və Təranə insan həyatında sağalmaz fəsadlar yaradan narkomaniya haqda təqdirəlayiq çıxışlar etdilər. Məktəbin psixoloqu Ə.Aygün şagirdlərə “Narkotik maddələrin insanda fiziki və psixi funksiyaların pozulmasına gətirib çıxardığını” söylədi. Məktəbin təşkilatçısı S. Zülfiyyə Narkomaniya insanın mənəviyyatını məhv edir, “Canlı ölüyə” çevirir. Yeniyetmə bilməlidir ki, “Narkoman” cəmiyyət üçün qiymətini itirmiş bir varlıqdır. “Dəyirmi masa” nı Uşaq Birliyi Rəhbəri O.Şəfa yeniyetmələri narkotik alüdəçiliyindən çəkindirilməsi təşəbbüslərinə dəstək layihəsinə qoşulmağa çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi