Azərbaycan Milli Tarix muzeyində keçirilən dərs

Çağdaş dünyamızda hər bir ölkınin uğuru həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ulu öndərimiz  H.Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir.

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 2021-2022-ci tədris ili başladığı gündən rəhbərlik və müəllimlər dərslərin günün tələbləri səviyyəsində qurulması üçün çox çalışırlar.

Məktəbdə tədris ayları ayrı-ayrı fənn aylıqlarına bölünmüşdür. Noyabr ayı tarix-coğrafiya fənnləri üzrə planlaşdırılmışdır. Açıq dərslər,silsilə tədbirlər bu aylığı daha da zənginləşdirir. Tarix fənn müəllimi Kərimli Məlahət 5B sinfindəki Azərbaycan tarixindən dərsinin Milli Azərbaycan Tarixi muzeyində keçirilməsi çox təqdirə layiq idi.

Muzeyin nəzdində İşğaldan azad olmuş rayonlarımız, Qarabağın 28 illik işğal dövründə mənfur düşmənlərimiz tərəfindən dağıdılmış şəhər və kəndlərinin şəkillərini görərkən insanın ürəyi ağrıyır. Bu şəhər və rayonları işğaldan azad edərkən şəhid olan igid oğulların vüqarlı baxışlarını şəkillərdən görərkən hər bir şagird özü bir qəhrəman olmaq istəyir. Şagirdlərimiz doğma Azərbaycanı hər zaman qorumağa hazır olduğunu söyləyirsə,belə dərslərin nə qədər əhəmiyyətli olduğunu hiss edirik. Bu balaca vətənpərvərlər gələcəyin əsgəri olacaqlar. Muzey və sərgidə təqdim olunan eksponatlara şagirdlər çox maraqla baxdılar. İşğaldan azad olunan rayonlarımız haqqında müəllimə  və muzey bələdçiləri çox maraqlı danışırdılar. Dərs çox  maraqlı keçdi.Belə dərslər əvvəllər də keçirilirdi. Bu dərs yaddan çıxmayacaq,ona görə ki, 44 günlük ll Qarabağ müharibəsində qazanılan Zəfərdən, Qələbədən danışmaq qürurvericidir.

Şagirdlər  Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əzəmətli şəkli, qalib ordumuzun şanlı qələbəsini əks etdirən şəkillərlə xatirə şəkilləri çəkdirillər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi