ETwinning layihələrin əhəmiyyəti və nailiyyətlərimiz

ETwinning Plus Azərbaycanın 30 oktyabr məlumatını oxuyanda çox sevindik.

169 müəllimin layihəsi 2021-ci il üzrə Avropa Keyfiyyət Nişanına layiq görüldü.Onların arasında H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimi Əzimova Gülnarə Əhədəli qızının adı da var idi. 2021-ci ildə o, "Anadoludan Qafqaza könül körpüsü" adlanan ETwinning layihəsində şagirdi Mirzəyev Heydər Mehman oğlu ilə birgə çalışmış, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Milli Keyfiyyət Nişanına layiq görülmüşdü.

İstanbuldakı Tezer Taşkiran adına olan məktəbin müəllim və şagirdləri ilə dostluq əlaqələri və əməkdaşlıq bu layihənin daha böyük uğur qazanmasına səbəb oldu. Onlayn alətlərdən istifadə vasitəsilə şagirdlərin İKT bacarıqlarını inkişaf etdirməyə yönəlmiş layihə tədris planına uyğunluğu və inteqrasiyası ilə yüksək göstəricilərə malikdir. Odur ki,"Anadoludan Qafqaza könül körpüsü" layihəsi və Əzimova Gülnarə müəllimə Avropa Keyfiyyət Nişanına da layiq görüldü.

Gülnarə müəllimə, XI sinif şagirdi Mirzəyev Heydər (hal-hazırda o artıq tələbədir) və layihənin digər iştirakçıları özlərinin müxtəlif rəngarəng birgə işləri, əməkdaşlığı sayəsində doğma Azərbaycanımızın dəyərlərini, inkişafını, dünənini, bu gününü, müasirliyini dünyaya tanıtmaq istədilər. Təhsilimizdə olan yenilikləri, Zəfər çalmış Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin və Müzəffər Ordumuzun uğurlarını bütün dünyaya göstərmək istədilər.

Layihə müddətinin başa çatmasına baxmayaraq layihədə iştirak edən müəllim və şagirdlərin bir-biri ilə əməkdaşlıq və dostluq əlaqələri davam edir. VEB 2 alətlərdən istifadə edərək yeni-yeni yaradıcı işlər görmək həvəsi, müəllimlərə və onların şagirdlərinə yenə də ETwinning layihələrində iştirak etmək həvəsini artırır.

Əzimova Gülnarə müəllimə də birinci layihədə qazandığı uğurdan ruhlanaraq şagirdləri ilə yeni "Ritim Kalbimdə" adlanan yeni bir layihədə Türkiyədən müəllim və şagirdlərlə bərabər çalışacaq.

Son illərdə Beynəlxalq layihələrin ETwinning layihəsinin həyatımızda, təhsilimizdə oynadığı rolunu, əhəmiyyətini nəzərə alaraq məktəbin direktoru Sevinc xanım özü də daxil olmaqla, böyük həvəslə müəllimlərə bu layihələrdə fəal iştirak etmək təklifi ilə müraciət etdi. Müəllimlər təklifi ruh yüksəkliyi ilə qəbul etdilər. Avropa Keyfiyyət Nişanı alan Gülnarə müəllimənin necə sevindiyini görərək, onlar da uğur qazanıb bu sevinc hissini yaşamaq istədilər. Bəzi müəllimlər artıq layihələrdə iştirak etmək üçün qeydiyyatdan keçərək, ETwinning layihələrinə qoşuldular. Məqsəd hərtərəfli inkişaf etmiş, Azərbaycan gəncləri, vətəndaşları yetişdirməklə bərabər, Avropa məktəbi adını qazanmaq şərəfinə nail olmaq, Zəfər çalmış, qalib olmuş, günü-gündən hər sahədə çiçəklənən doğma Azərbaycanımızı dünyaya tanıdaq.

Yaşasın Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi