123 №-li tam orta məktəbdə Bilik günü keçirildi

H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə 2016-2017-ci tədris ilinin başlanması-15 sentyabr Bilik günü çox böyük şövqlə qeyd edildi. Tədbirin ən maraqlı hissəsi birincilərin çıxışı və ilk zəngin səslənməsi oldu.Məktəbə Təlim-tərbiyədə öz fəallıqları ilə fərqlənən və xüsusi istedadı olan şagirdlərə təşəkkürnamələr təqdim edildi. Şagirdlər də öz növbəsində müəllimlərinə öz minnətdarlıqlarını bildirdilər və daha da çalışqan olacaqlarına söz verdilər.Nailiyyətləri ilə həmişə fərqlənən məktəb kollektivi, bu il də böyük həvəs və bacarıqla gənc nəslin təlim tərbiyəsində çalışacaqlarını söylədilər.Məktəbin direktoru Səba Həsənova gələn qonaqları salamladı, şagirdlərə uğurlar dilədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi