Bakının işğaldan azad olunmasına həsr olunmuş tədbir keçirildi.

15 sentyabr Bakının erməni-rus dəstələrindən və ingilis əsgərlərindən qurtuluş günüdür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.Bu münasibətlə 15 sentyabr 2016-cı ildə 123 nömrəli məktəbdə iki türk şəhidinin abidəsi önündə anım mərasimi keçirildi.Mərasim Daxili Qoşunların Qaladakı Ali Hərbi Məktəbinin türk və azərbaycanlı zabit heyətinin, Yeni Azərbaycan Partiyasının sədri, Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Xəzər rayon Bələdiyyə nümayəndəliyi və məktəbin müəllim-şagird kollektivinin iştirakı ilə baş tutdu. Şagirdlərdən Gülşən Yusibova, Dəniz Həsənova, Siddiqə, Fəridə Məmmədovalar, İlahə Qədimova və Aytac Rəhmanovanın ifasında vətənpərvərlik ruhlu şeirlər, mahnılar səsləndi. 123 nömrəli məktəbin direktoru Səba Həsənova Azərbaycan-Türkiyə qardaşlığından söz açaraq, bu qardaşlığın əslində tarixin sınaqlarından çıxıb öz təsdiqini tapdığını vurğuladı.Sonda abidə önünə çiçəklər qoyuldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi