Şanlı Zəfər Tariximiz

Yeni tarix yazan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin və Müzəffər Ordumuzun hərbi qulluqçularının səyi nəticəsində sentyabrın 27-də başlayan 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı, şəhər və kəndlərimiz mənfur düşmənlərdən azad oldu. İgid oğullarımızın göstərdiyi qəhrəmanlıq,rəşadət, igidlik, qanı və canı bahasına əldə olunmuş Qələbə hər birimizə qürurverici anlar yaşatdı. Birliyimiz sayəsində zəfər qazanan Azərbaycan xalqı, “Zəfər Günü"n mübarək!

H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə şanlı “Zəfər Günü"nə həsr edilmiş silsilə tədbirlər davam edir. Məktəbin tarix müəllimi Məlahət Kərimlinin və onun şagirdlərinin keçirdiyi tədbir də bunlardan biri idi. Tədbirə dəvət olunan üç şəhidimizin atası, anası və bacısı, qazilər böyük hörmətlə qarşılandılar. Tədbiri məktəbin direktoru Sevinc xanım açıq elan etdi, gələn qonaqları salamladı. Şəhid anasının çıxışı, şəhid atasının dediyi sözlər,şəhid bacısının mərdanə duruşu tədbir iştirakçılarında , xüsusən şagirdlərdə vətən sevgisi, vətənpərvərlik, ordumuza inam, Cənab Prezidentimizə və qəhrəman igid oğullarımıza böyük minnətdarlıq hisslərini daha da gücləndirdi. Qazi Amin Həsrətovun Şuşanın alınması, ata yurdunun azad edilməsində olan döyüş və hadisələrdən danışdığı vaxt hamı təsirləndi.

Şuşa Bülbülcan adına Musiqi məktəbinin müəllim və şagirdlərinin çıxışı, Muğam müsabiqəsinin qaliblərindən məktəbimizin məzunu Qələm Qocamanova, “Şəhidləri tanıyaq və tanıdaq” layihəsinin səsləndiricisi və “Sənin ulduzun -13” müsabiqəsinin qalibi, məktəbin 10b sinif şagirdi Sevinc Süleymanzadə Qarabağımıza və Şuşamıza həsr olunan mahnıları oxuduqca hər birimiz fəxr və qürur hissi keçirtdik. Tədbirin sonunda Gənc Könüllülər təşkilatının rəhbəri,məktəbimizin məzunu Heydər Mirzəyev “Zəfər Günü"nə həsr olunmuş tədbirlərdə fəal iştirak edən şagirdlərə təşkilatın fəxri fərmanlarını təqdim etdi. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi