Şanlı tariximiz

Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir Azərbaycanlının birliyi sayəsində Aəzrbaycan xalqı zəfər qazandı.

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə “Zəfər Günü”nə həsr edilmiş silsilə tədbirlər keçirilir. İbtidai siniflərdə keçirilən tədbirlərdə kiçik yaşlı şagirdlərin çıxışları hər bir kəsdə qürur hissi oyadırdı.

Balaca fidanlar özünəməxsus böyük coşqu ilə əsl vətənpərvər Azərbaycan vətəndaşı kimi çıxışlarında vətənə, ordumuza olan sevgi və məhəbbətlərini bildirirdilər.

Hər bir sinif bir şəhidin adını daşıyır. Həmin sinfin şagirdləri adını daşıdığı şəhidin məzarını ziyarət edir, şəhidin ailəsi ilə tez-tez əlaqə saxlayır, məktəbdə keçirilən tədbirlərə onların valideynlərini və qaziləri dəvət edirlər. Bu tədbirlərin şagirdlərin tərbiyəsində böyük rolu vardır. Unutmayaq ki, bu balaca şagirdlərimiz gələcəyin igid əsgərləridir. Heç bir düşmən xalqımızın əzmini qıra bilməz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi