ZƏFƏR YOLUMUZ

05.11.2021-ci il tarixdə 2B "Sağlam Təhsil " sinfində 8 noyabr-Zəfər Günü ilə bağlı tədbir keçirildi. Sinifdə uşaqların çıxışları ilə başlayan tədbir "Zəfər" yarmarkası və "Hərbi Qənimətlər Parkı"na gəzinti ilə davam edib. Qələbəmizə həsr olunan və " YAŞAT " fonduna dəstək mahiyyətində olan yarmarka uşaqların olduqca marağına səbəb oldu. Yarmakada qurulmuş zonalarda uşaqlar əsgərlərin qida, geyim , tibbi , silah və texnika təchizatı ilə tanış olarkən müharibə gedişində yaralı əsgərlərə göstərilən ilkin tibbi yardım qaydaları ilə də məlumatlandırdılar.Yarmarkanın mahiyyətinə uyğun olaraq "YAŞAT " fonduna öz dəstəklərini göstərdilər.  44 günlük müharibə zamanı ordumuzun darmadağın etdiyi, düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qisminin nümayiş olunduğu, "Hərbi Qənimətlər Parkı"nı canlı görmək şagirdlərə qürurverici hisslər yaşatdı. Düşmənin ələ keçirilmiş hərbi qənimətləri - tankları, döyüş maşınlarını, artilleriya qurğularını, zenit-raket komplekslərini, atıcı silahları, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları ilə tanıs oldular. Onlar hərbi texnikalara yaxından baxan zaman necə qüdrətli bir ordumuz olduğuna bir daha əmin oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi