Zəfərə gedən yol !

04.11.2021-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 44 günlük II Qarabağ müharibəsində qazanılan qələbəyə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin direktoru Sevinc xanım açıq elan etdi. Gələn qonaqları şəhid məzunumuz Nehmətov Ceyhunun atası Nehmətov Ehtiqadı, SHXÇDX Xəzər rayon şöbəsinin nümayəndəsi kapitan C.Məmmədovu, Xəzər rayon Gənclər İdarəsinin rəisi V.Əliyevi salamlayaraq tədbir iştirakçılarına təqdim etdi. Gələn qonağlar çıxışlarında 44 gün ərzində gənclərin müharibədə göstərdikləri şücaətlərindən danışdılar.Şəhid atası övladının qəhramanlığından danışdı.

Vətənpərvərlik ruhunda olan şeirlər, mahnılar X sinif şagirdlərinin ifasında səsləndikcə, ekranda müzəffər Ali Baş Komandanın və müzəffər ordumuzun müharibədən çəkilmiş sənədli filimlərə baxdıqca hamı qürur hissi keçirirdi. Tədbiri hazırlayan məktəbin hərbi rəhbəri Ç.Nəbiyev tədbirin sonunda tədbir iştirakçılarına təşəkkür etdi və özünün döyüş yolundan danışıdı, Zəfər günü münasibətilə hamını təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi