Vətən bağı al-əlvandır , ətrin gəlir xarıbülbül

Məktəbin ibtidai sinif şagirdləri arasında 8 noyabr " ZƏFƏR GÜNÜ" nə həsr edilmiş " Xarıbülbül " adlı məktəb sərgisi keçirildi.Xarıbülbül şanlı ordumuzun zəfər simvolu olmaqla yanaşı , şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzinə də çevrilmişdir.Sərgidə işğaldan azad olunmuş rayonlarımızın mədəni və tarixi abidələrini əks etdirən əl işləri, qələbəmizə həsr olunmuş divar qəzetləri, və bir-birindən gözəl və təsirli rəsmlər öz əksini tapdı.Sərgi məktəb şagirdləri arasında çox böyük həvəs və maraqla qarşılandı.Əl işlərinə baxdıqca şagirdlərin vətənə olan sevgisini, onların vətənpərvərlik ruhunu, qələbə sevincini hiss etməmək mümkün deyildi.İstedadlı şagirdlərin ərsəyə gətirdikləri bir-birindən maraqlı və gözəl əl işləri məktəb rəhbərliyi və müəllim kollektivi tərəfindən olduqca bəyənildi.Sərgidə iştirak edən siniflərə və əl işləri ilə fərqlənən şagirdlərə məktəb rəhbərliyi tərəfindən diplom və təşəkkürnamələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi