Vətən torpağının Nicatı...

Vətənə olan sevgi anaya olan ilə bir tutulur. İnsan bir ailədə doğulsa da vətən torpağında boya-başa çatır, suyu havası ilə qidalanır...

Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmadağın edərək tarix yazdı.

            Tarix yazanlardan biri də şəhid Nicat Orucov oldu. Orucov Nicat 1999-cu ilin 20 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində anadan olmuşdur. Orta təhsilini 33 nömrəli məktəbdə alır...

2018-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətini Ağcabədi də edir. Sonra Gəncəyə gedir. Seçilərək Cəlilabada xüsusi təyinatla 052 hərbi hissəyə təyin edilir. 2020-ci il 29 oktyabr ayında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Bu gün H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin adını fəxrlə daşıdığı 2d sinfi şəhid Nicat Orucovun evini və məzarını ziyarət ediblər. Şəhidin anası şagirdlərə Nicat Orucovun uşaqlıq və gənclik illərindən danışmış, onun vətənə, anaya necə möhkəm bağlı olduğunu bildirmişdir.

Şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Şagirdlər onun haqqında şeirlər söyləmiş, son sözlərini səhnəcik halında göstərmişlər. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.....

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi