Fidan mənim qəhrəmanımdır!

44 günlük Vətən müharibəsində əsgərə məktub lahiyəsində Azərbaycan məktəbliləri Şanlı Ordumuzun əsgərlərinə ürək sözləri yazılan məktublar göndərirdilər.Bu göndərilən məktubların içərisində H.Z Tağıyev adına 123 saylı tam orta məktəbin 2a sinif şagirdi Əliyeva Fidanın da yazdığı məktub var idi. Məktublar əsgərlərə paylanılarkən balaca Fidanın məktubu Goranboy sakini tank komandiri kimi döyüşlərdə şücaətlə vuruşan, Şuşa uğrunda gedən döyüşlərdə yaralanan Ramin Şirinovun əlinə düşür.Ramin deyir ki, məktubu oxudum və özümə söz verdim ki, müalicəmi alıb Fidanı mütləq tapacağam. Fidan mənim qəhrəmanımdır.

Bəli, Fidanın qəhrəmanı Ramin Şirinov Mərdəkandakı 123 saylı məktəbdə balaca qəhrəmanını axtarıb tapdı. Onların görüşü hamını təsirləndirdi.44 Günlük II Qarabağ müharibəsində tarix yazan ordumuzun qazanılan zəfər qələbəsinə aid çox hekayələr yazıldı, hələ də yazılacaq. Bu iki qəhrəman da öz hekayələrini belə yazdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi