Şəhidlər unudulmur !

    29 oktyabr 2021-ci il, məktəbin şəhid Mehdi Fərzullazadənin adına olan 2A sinfinin şagirdləri şəhidin evində və ziyarətində oldular. Şəhidimizin anası Elvira xanım, Mehdi haqqında xoş təəssüratlarını və xatirələrini bizimlə bölüşdü.

Şəhid Fərzullazadə Mehdi Zaman oğlu 1995-ci il iyul ayının 27-də Bakı şəhəri Suraxanı rayonu, Bül-bülə qəsəbəsində anadan olmuşdur. 2013-cü ildə həqiqi hərbi xidmətdə olmuşdur.

    27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur.

Mehdi Fərzullazadə 7 noyabr 2020-ci ildə Xocavənd rayonunda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Fərzullazadə ölümündən sonra “Vətən uğrunda”, “ Füzulinin azad olunmasına görə “, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah şəhidlərimizə rəhmət etsin.

    "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi