Aşıq Ələsgərin söz çəmənzarına səyahət

Aşıq Ələsgər incə qəlbli, həssas, hər şeyi düzgün qiymətləndirməyi bacaran, gözəllikləri duyan, onu minbir dillə vəsf edən qüdrətli söz ustasıdır.

         Aşıq Ələsgər böyükdür, ona görə böyükdür ki, min illik bir ənənənin axarında öz sözünü demiş, heç kəsi təkrar etməmiş, qeyri-adi bir söz sənəti yaratmışdır.

         Qüdrətli el sənətkarının ölməz şeirləri yalnız müasirlərinin deyil, bütün spnrakı nəsillərin, hamımızın sərvətinə çevrilmişdir.

         27.10.2021-ci il tarixdə H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə VII-X sinif şagirdləri arasında “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin I mərhələsi keçirildi.

         Müsabiqədə şagirdlərdən VIII sinif şagirdi Quliyeva Nazlı I yer, IX sinif şagirdi Babazadə Fatimə II yer, VII sinif şagirdi Cəfərova Nərmin III yeri qazandı.

         Aşıq Ələsgərin sözlərinə bəstələnmiş “Olan oldu” mahnısını X sinif şagirdi Süleymanzadə Sevinc gözəl ifa edərək hamı tərəfindən alqışlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi