Nailiyyətlərimiz

 

H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə şagirdlərin bilik və bacarıqlarını, istedadlarını üzə çıxarmaq üçün rəhbərlik və müəllimlər tərəfindən böyük işlər görülür. Məktəbin XI sinif şagirdi Mirzəyev Heydər Mehman oğlu 2021-ci ildə keçirilən uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin qaliblərindən biri olmuşdur. Təhsil Nazirliyi tərəfindən ona fəxri diplom və hədiyyə verilmişdir. Azərbaycan Respublikasının Gənc Könüllülər Hərəkatının üzvü, Azərbaycan Respublikasının Şəhid Ailələrinə “Qayğı” cəmiyyətinin üzvü olan Mirzəyev Heydər həm də Beynəlxalq eTwinning layihəsində iştirak etmişdir. Məktəbin coğrafiya müəllimi Əzimova Gülnarə Əhədəli qızının iştirak etdiyi “Anadoludan Qafqaza könül körpüsü” adlanan layihədə Mirzəyev Heydər də iştirak etmiş, layihə qalib gəlmiş, hər ikisi dövlətmizin Milli Keyfiyyət nişanına layiq görülmüşlər. Layihə həm də Avropa Milli Keyfiyyət nişanına da layiq görülmüşdür. “Qardaşlaşmış iki məktəb layihəsi üzrə illər ərzində Gülnarə müəllimə tərəfindən aparılan işlər davam edir, Türkiyədə və Azərbaycanda dərc olunan jurnallarda və xəbər saytlarında Türkiyə xalqı ilə dostluq əlaqələrinə həsr edilmiş, vətənpərvərlik ruhunda olan, təhsilimizdə olan yeniliklərdən bəhs edən, dövlətimizin 44 günlük II Qarabağ müharibəsindəki zəfər qələbəsini bütün dünyaya bəyan edən məqalələr dəfələrlə məktəbin direktoru Sevinc xanımın, coğrafiya müəllimi Gülnarə müəllimənin və həm də Mirzəyev Heydər tərəfindən dərc olunmuşdur.

Məktəbdə qazanılan bütün uğurlara görə, istedadlı şagirdlər və onlarla işləyən müəllimlər üçün yaradılan şəraitə görə məktəbin kollektivi rəhbərliyə təşəkkür edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi