Buraxılış gecəsi keçirildi

11.06.2016-cı il tarxində H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə IX siniflərin "Buraxılış gecəsi" tədbiri keçirildi.Maraqlı və zəngin olan proqram gələn qonaqların zövqünü oxşadı.Məktəbin direktoru Səba xanım tədbir iştirakçılarını salamladı, məzunları təbrik edərək onların yollarının açıq, sabahlarının işıqlı, uğurlarının bol olmasını, təhsilini davam etdirən şagirdlərə isə yeni dərs ilində uğurlar arzuladı. Məktəbin müəllimləri şagirdlərinə öz xoş arzularını dilədilər, xatirələrini bölüşdülər. Səmimiyyət, mehribanlıq və dostluq çərçivəsində keçən bu tədbir uzun illər məzunların yaddaşına həkk olunacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi