Şəhidlər bəşəriyyət ocağında bir şamdır

    Şəhidlər bəşəriyyət ocağında bir şamdır. Onlar yanaraq bəşəriyyətin düz yolunu işıqlandırırlar.

    13.10.2021-ci il tarixdə H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin məzunu Şəhid İsgəndərov Şahin Əliqulu oğlunun anım günü qeyd olundu. Şahin 11.08.1970-ci ildə Mərdəkanda dünyaya göz açmışdır. 123 saylı tam orta məktəbi bitirib əvvəl C.Naxçıvanski hərbi məktəbə daxil olmuşdur, sonra isə Xarkov Ali Hərbi tank qvardiyası məktəbini bitirmişdir. 1992-ci ildə Qarabağda gedən döyüşlərdə tankçı kimi döyüşlərə qatılır, Ağdamın Şelli, Gülablı, Uzundərə kəndləri uğrunda döyüşlərdə igidliklər göstərir, üzərində “Mazandaran pələngi” sözü yazılan tank düşmənə sarsıdıcı zərbələr vururdu. 1992-ci il oktyabrın 13-də Şahin İsgəndərov öz tankında Qubadlı uğrunda gedən döyüşlərdə şəhid oldu. Məktəbin rəhbərliyi şəhidin adını daşıyan, məktəbdə idman müəllimi işləyən Şahin müəllimlə şagirdlərin görüşünü keçirtdi. Əminin adını şərəflə daşıyan Şahin müəllim onun qəhramanlıqları haqqında danışdı. Bir qrup müəllim və şagirdlər şəhidin məzarını ziyarət edib üzərinə  tər çiçəklər düzdülər, ruhuna dualar oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi