Müəllimlik sənəti şərəfli bir sənətdir

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük ehtiram var. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir.

05.10.2021-ci il tarixində H. Z. Tağıyev adına 123 nömrəli məktəbdə müəllimlər gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbimizin istedadlı şagirdləri gözəl bayram konserti ilə çıxış etdilər. Qabaqcıl müəllimlər "Fəxri diplom" - larla təltif olundular.

"Həyatını bu sənətə həsr edən müəllimlər həqiqətən fədakar xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır" - demişdir Ulu Öndərimiz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi