Qəlblərdə məskən salan şəhidlər!

Əgər bir xalqın, vətənin bütövlüyü uğrunda qəhrəmanlıqla savaşıb canından keçən igid oğulları varsa, o xalq xoşbəxt xalqdır. Biz vətəninə, torpağına bağlı, vətənini canından çox sevən bir xalqıq. Hər birimiz vətən yolunda şəhid olanlarımızla qürur duyuruq. Hər şəhidimiz öz qəhrəmanlığı ilə bir dastan yazdı. Bu qəhrəmanlıq dastanları böyüyən övladlarımız, yeniyetmələrimiz eyni zamanda gələcək nəsillər üçün bir örnək, milli dəyərlərimizi aşılayan bir məktəbdir.

Sentyabrın 27-də H. Z. Tağıyev adına 123 N-li tam orta məktəbin müəllim və şagird kollektivi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş "Şəhid bulağı" nı ziyarət etdilər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Vətən uğrunda canından keçən şəhid övladlarımızın əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaqdır, çünki onlar qara torpağa deyil, qəlblərə həkk olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi