“Qalib Azərbaycan xalqını qalibiyyətə aparan yol”

         Zəfər tarixinə gedən bu yolda heç kim və heç bir qüvvə bizi müqəddəs amalımızdan döndərə bilmədi. Dünya gücümüzü və birliyimizi gördü.

         Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq.

         Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

         Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumuruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdi.

         Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu həlak olmuş, 1000 nəfərdən artıq zabit və əsgərimiz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhraman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

         Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

         Xəzər rayonu H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin şagird və müəllim kollektivi də bu ənənəyə sadiq qalır.

         Məktəbdə ilk dərslər Anım Gününə həsr olundu. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Allah şəhidlərimizə rəhmət etsin!

         Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi