"Vətən torpağı su ilə yaşıllaşır, Şəhid qanı ilə yaşayır"

Vətənimizin müdafiəsi, torpağımızın qorunması uğrunda canından keçərək müqəddəs zirvəyə ucalan oğullarımızla həmişə fəxr edirik. Azərbaycanın üçrəngli bayrağı dalğalandıqca onlar daim bizim xatirələrimizdə, qəlbimizdə yaşayacaqlar. Qəhrəmanlarımızın qısa amma şərəfli ömür yolu gənclərimizə örnəkdir.

Belə qəhrəmanlardan biri də H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin məzunu Qasım Abdullazadədir. Məktəb kollektivi qəhrəman şəhidimizin ailəsi ilə 25.09.2021-ci il tarixdə görüş keçirdi. Şəhidimizin ata evi dövlət tərəfindən təmir olunduğuna görə görüş məktəbimizdə keçirildi. Müəllimlər qəhrəmanla bağlı xatirələrini danışdılar.

Şəhidimizin anası Mehparə xanım övladına verilən dəyərə görə kollektivimizə və ölkə rəhbərliyinə minnətdarlığını bildirdi. Sonda kollektiv adından şəhidin ailəsinə bağlama təqdim olundu.

Şəhidlər bəşəriyyət ocağında bir şamdır. Onlar yanaraq bəşəriyyətin düz yolunu işıqlandırırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi