Şəhidlərin ömrü dünya qədərdir!

Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhramanlar heç vaxt unudulmr, ölümləri ilə ölümsüzlüyə qovuşur, Ceyhun Nəhmətov kimi...

Vətənə böyük sevgiləri olan belə qəhramanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

Şəhidlər haqqında yazılanlar gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqətdir. Buna görə də şəhidlərdən həmişə qürurla, sevgilərlə, kövrəkliklə danışırlar. Bu xatırlamalar mənəvi borc ödəmədir.

Ceyhun Nəhmətov H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin yetirməsidir. Şəhidin əziz xatirəsini uca tutan məktəb kollektivi 24.09.2021-ci il tarixdə şəhidin ailəsi ilə görüş keçirdi. Müəllimlər və valideyni şəhidin keçdiyi ömür yolundan söhbət açdılar, xatirə şəkili çəkdirdilər.

Kollektiv adından şəhidin ailəsinə bağlama təqdim olundu. Şəhidin atasına qəhraman oğul yetişdirdiyinə görə minnətdarlıq bildirildi.

Ruhun şad olsun, şəhidimiz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi