Məktəb sabah üçün xoşbəxtlikdir

            Elmə, biliyə yiyələnmək bütün dövrlərdə şərəfli iş hesab olunur. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər. Həyatda ən böyük xoşbəxtlik odur ki, insanlara lazım olasan. Bəs onda müəllimlərdən daha artıq xoşbəxt olan varmı?

         Əlbətdə yox!

         Artıq çoxdan həyacanla gözlədiyimiz ilk dərs günü gəldi. Bütün məktəblərdə uzun ayrılıqdan sonra nəhayət ki, ilk zəng çalındı.

         Xəzər rayonu H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə də “Bilik günü” nə həsr olunmuş “Salamlama” tədbiri təşkil olundu.

         Körpə balaların çöhrəsindəki sevinc və fərəh hisslərini sözlə ifadə etmək çətindir. Azı ilk dəfə parta arxasında oturmaq onların həyatında yeni bir mərhələdir. Bu ilki körpə fidanlarımız çox şanslıdırlar, çünki onlar zəfər ilində məktəbə qədəm qoydular. Biz inanırıq ki, bu uşaqlar gələcəkdə Azərbaycanın layiqli vətəndaşları olacaqlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi