Qəlbə sərinlik gətirər Şəhid bulağı

Şəhid bulağı-lacivərd, şəffaf su damlaları. Milyonların qəlbinə sərinlik gətirən bulaq. Milli-mənəviyyat çeşməsi. Şəhidlərimizin doğma-əzizlərinin tənhalığına ortaq olacaq, onların qovrulan ürəklərinə sərinlik gətirəcək, su səpəcək. Şəhidlərin yaxınlarının nisgilini, ürək yanğısını ovunduracaq və onlara səbr, iradə bəxş edəcək. İnşa edilən “Şəhid bulağı” xalqımızın, xüsusilə Azərbaycan xalqının qədim adətlərini özündə ehtiva edir: “Suyun ehsan edilməsi” bizim köhnə adətlərimizdəndir. Bu bulaq bu torpaqları Vətən edənlərə göstərilən dərin hörmət və ehtiramın bir nümunəsi olacaq.

         Nehmətov Ceyhun Ehtiqad oğlunun (08.09.1994) anım günü münasibətilə inşa edilən “Şəhid bulağı” ailəsi tərəfindən yüksək qiymətləndirilib. Belə ki, şəhidin atası Nehmətov Ehtiqad dövlət başçısına və Xəzər rayonu rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.

         H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin kollektivi tədbirdə Ceyhun Nehmətov haqqında öz xatirələrini bölüşdülər. Məkəbin şagirdləri isə Vətənə, ordumuza, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər. Məktəbin direktoru Sevinc xanım şəhid Ceyhun Nehmətovun portretini şəhidin atasına təqdim etdi. Tədbirin sonunda məktəbin kollektivi Ceyhun Nehmətovun abidəsi önünə əklil, gül dəstələri düzüb, ruhuna dualar oxuyub, xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi