Müstəqilliyimizin 103 illiyi

        2021-ci il sentyabrın 15-də H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin həyətyanı sahəsində uyuyan iki şəhid Türk əsgərinin abidəsi önündə məktəb kollektivi ilə tədbir keçirildi. Tədbir iştirakçıları bu günün hamı üçün nə qədər əhəmiyyətli olduğunu söylədilər. 1918-ci il 15 sentyabr günü Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakı və ətraf qəsəbələrdə erməni daşnaqlarına qarşı aparılan döyüşlərdə şəhid olan iki Türk əsgəri məktəb həyətində dəfn olunmuşdur. O, illərdə məktəb binası hospital olmuşdur. Şanlı tarixi gündən 103 il keçsə də Bakının azad olunmasında iştirak edən və şəhid olanlar heç vaxt unudulmur. Daha sonra şagirdlər şeirlər söylədilər. Məktəbin direktoru Sevinc xanım bu günün həyatımızda nə qədər əhəmiyyətli olduğunu, şagirdlərin vətənpərvər böyüməsində, iki xalqın dostluq əlaqələrini möhkəmlənməsində bu abidənin böyük rol oydadığını söylədi. Sonda şəhidlərimizin ruhuna dualar oxundu və abidə önünə tər çiçəklər qoyuldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi