Xeyriyyə karvanının sarbanı Hacı Zeynalabdin Tağıyev

             Dünyada sərvətindən xeyriyyə məqsədi ilə istifadə edən insanlar hər zaman böyük sevgi və qürurla xatırlanırlar. Azərbaycanın xeyirxah şəxsiyyətlərindən biri də Hacı Zeynalabdin Tağıyev olmuşdur. Onun ölkəmizə, xalqımıza etdiyi xeyirxahlıqlar illər keçsə də unudulmur. Həyatı fəaliyyətləri ilə hər bir insana nümunə ola biləcək şəxsiyyətdir. Hacı Zeynalabdin Tağıyevin savab əməllərinin siyahısı çox uzundur. O, özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi. O, millətinin imzasını imzalar içində görmək istəyirdi. Hacı Zeynalabdin Tağıyevin təbiətində milli təəssübkeşlik, milli qeyrət və vətənpərvərlik hissi çox güclü idi. Bu gün 1 sentyabr 2021-ci il tarixində Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbin kollektivi məktəb həyətində ucalan Hacının anım günündə büstünün qarşısında toplantı keçirtdi. Kollektiv Hacını daim xatırlayır, həmişə minnətdarlıq hissi ilə onu yad edir, onun xatirəsini uca tutur. Ruhun şad olsun Hacı !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi