Fərqlənmə attestatları alan şagirdlər

         2020-2021-ci tədris ili çətin bir dövrə təsadüf etdi. Pandemiyanın bir çox arzu və istəklərimizi ürəyimizdə qoymasına baxmayaraq elmə, təhsilə olan həvəsimizi azalda bilmədi. Şagirdlərimiz qarşılarına qoyduqları məqsədlərinə çatmaq üçün əzmlə çalışdılar. Bakı şəhəri Xəzər rayonu H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbi 2020-2021-ci tədris ilində 11-ci sinfi 26 şagird və 9-cu sinfi 72 şagird bitirmişdir. Onlardan 11-ci sinif şagirdi Abaszadə Nərmin Əfqan qızı və 9-cu sinif şagirdləri Haxverdiyeva Sevinc Abdul qızı, Məmmədova  Şəhla Şirin qızı, Məmmədova Nərmin Səməd qızı məktəbi fərqlənmə attestatı ilə bitirmişlər. Məktəbin direktoru Mustafayeva Sevinc xanım şagirdləri təbrik etdi. Onlarla fəxr etdiyini söylədi və gələcək işlərində uğurlar dilədi. Valideynlərinə və müəllimlərinə belə intellektual, çalışqan, tərbiyəli uşaq böyütdüklərinə görə təşəkkür etdi.

         Yaşıdlarından biliyi, bacarığı və çalışqanlığı ilə fərqlənən şagirdlər çıxışlarında gələcəkdə də Vətənin layiqli övladı, vətəndaşı olacaqlarını, öz əməlləri ilə həmişə valideynlərinin, təhsil aldıqları məktəbin, müəllimlərinin etimadını doğrultmağa çalışacaqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi