Xoşbəxt gələcəyin açarı

Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmışdır. Bildiyimiz kimi, ötən həftə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində "Yay məktəbi" nin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib. Belə ki, mövcüd vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixdən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla "Yay məktəbi" təşkil edilir. 30 iyun tarixinədək davam edəcək "Yay məktəbi" ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.

Bütün məktəblərdə olduğu kimi Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə də "Yay məktəbi" təşkil olunub. "Yay məktəbi"nin maraqlı, səmərəli, faydalı və əyləncəli keçməsi üçün xüsusi proqram nəzərdə tutulmuşdur. "Yay məktəbi" ndə iştirak etmək üçün 278 ərizə qəbul etmişik. Çox maraqlı və şən keçən "Yay məktəbi"ndən görüntüləri sizlərə təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi