Əlvida, məktəb!

                İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.

                Hər il iyunun 14-də ölkəmizdə “Son zəng” günü qeyd olunur. Məktəblərdə bir canlanma, şagirdlərdə sevinc dolu bir nisgil hiss olunur. Onbirincilır bu günə xüsusi olaraq hazırlaşırlar. Şeir axtaran tapan kim, mahnı yazdıran kim, ssenari quran kim ...

                Bu əziz gün münasibəti ilə bütün məzunları təbrik edir, arzu edirik ki, tələbə adına layiq görülüb öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə ucaltsınlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi