Sönməz günəşin hikmət dəryası

Dünya şeriyyatının günəştək nur saçan müdrik siması, şərq poeziyasının ecazkar qüvvəsi, Azərbaycanın bəşəriyyət tarixinə bəxş etdiyi dahi şəxsiyyətdir, Nizami Gəncəvi... Onun yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir. Humanist, mütəfəkkir şair kimi şöhrət qazanan görkəmli ədibin əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin mənəvi dünyasına işıq saçıb, böyük tərbiyəvi əhəmiyyət kəsb edərək bəşəriyyətin yoluna mayak olub. Nizami Gəncəvi bir ədib kimi bütün dövrlərin fövqündə dayanmağı bacarıb. O, təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın sevimli şairi olaraq şöhrət qazanıb. Müdrik şairin yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, insanın ruhuna, əqlinə və təfəkkürünə hakim olur. Böyük şairin bəşəriyyətə təlqin etdiyi mənəvi dəyərlər ən çətin zamanlarda da insanlar üçün bir ümid işığına, gələcəyə, inkişafa yol göstərən mənəvi bələdçiyə çevrilib. Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilik və kamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, ləyaqətli, ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir. Onun əsərləri mədəniyyətin xalqlar arasında körpü salmasını və ictimai şüuru təcəssüm etdirir.  Şairin yaradıcılığı özündən sonrakı dövrdə böyük bir ədəbi məktəb formalaşdırıb. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. 09.06.2021-ci il tarixdə H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə  Ədəbiyyat sevərlər “Giraətçi” adlı klub təşkil olundu. Bu klubun üzvləri giraətdən “Sirlər xəzinəsi” nin 20 hekayəsini öyrənirlər. Zakir Mirzəyev “Nuşirəvan və bayquşların söhbəti” İmanov Nadir “Kərpickəsən kişinin dastanını” çox gözəl ifa etdilər. Quliyeva Ləman “Fitnə” mənzum hekayəsini həvəslə danışdı. Şagirdlərdən Cəfərova Nərmin Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında danışdı. Şagirdlər “Nizami-880 il”  silsilə tədbirlərdə çox fəal iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi