İstedadlı uşaqlar intellektual sərvətimizdir

Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri istedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir.Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz bu cür uşaqlardan gözləyir. Uşaqların istedadlarının vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərimizdəndir.

Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə də istedadlı şagirdlərin aşkarlanması üzrə mühüm işlər aparılır. Məktəbimizin əsas məqsədlərindən biri (bəlkə də birincisi) istedadlı uşaqların bütün qabiliyyət imkanlarının aşkarlanmasının təmin edilməsidir.İstedadlı uşaqlarla iş mürəkkəb və uzunmüddətli prosesdir.

İndi isə məktəbimizdə təhsil alan bir neçə şagird haqqında danışmaq istəyirəm.

Etvinninq platformasında "Anadoludan Qafqaza könül körpüsü" layihəsində çox böyük həvəslə iştirak edən 11-ci sinif şagirdimiz Mirzəyev Heydər. O, təkcə bu layihədə iştirak etməklə kifayətlənməyib. Bir çox layihələrdə və yarışmalarda iştirak etmiş və qaliblər sırasında olmuşdur.

Çoxsaylı respublika və beynəlxalq müsabiqələrin laureatları, qalibləri Səməndər və Əvəzağa Hacızadə qardaşları. Səməndər məktəbimizin 10a,Əvəzağa isə 9b sinif şagirdləridir.Onların tarda ifa etdikləri mahnıları dinləyəndə sanki sehrli bir aləmə düşürsən.

Məktəbimizin 9c sinif şagirdi Süleymanzadə Sevinc. "Sənin ulduzun-13"musiqi yarışmasının finalçısı, 44 günlük müharibə dövründə Vətənpərvərlik mövzusunda çıxışlarına və xüsusi istedadına görə müxtəlif diplomlarla təltif edilmişdir.

Çexiyanın Praqa şəhərində keçirilən online mahnı yarışmasında fortepiano üzrə 1-ci yerin qalibi 4b sinif şagirdi Əlizadə Əsra.

11-ci sinif şagirdi Eldarlı Nəzakət RFO-nın yarım final turunun iştirakçısıdır.

7a sinif şagirdi Haxverdiyeva Reyhanə kimya fənn olimpiadasının qalibi olmuşdur.

7d sinif şagirdi Abbasov Hüseyn biologiya fənni üzrə olimpiadanın 1-ci turunun qalibi olmuşdur.

5b sinif şagirdi Cəfərova Cəmilə və 5e sinif şagirdi Quliyeva Gülay Lütfi-zadə adına məntiq olimpiadasının final mərhələsində iştirak etmişlər.

Məktəbimizdəki istedadlı şagirdlərimizə qayğı göstərmək və dəstək olmaq bizim borcumuzdur. Çünki onlar bizim gələcəyimiz, işıqlı sabahımızdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi