Sönməz günəşin hikmət dəryası

Şeiri oxunanda, bu Nizaminin

Özü də hər sözdə görünər yəqin

100 il sonra sorsan bəs o hardadır?

Hər beyti səslənən “Burda, burdadır !”

 

Dünya şeiriyyatının günəştək nur saçan müdrik siması, şərq poeziyasının ecazkar qüvvəsi Azərbaycanın bəşəyirrət tarixinə bəxş etdiyi dahi şəxsiyyətdir, Nizami Gəncəvi...

2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edilsin. Bu qərar biz ədəbiyyat müəllimlərində həm sevinc, həm də məzuliyyət yaratdı. N.Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. N.Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi  Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. N.Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə” si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı şagirdlərin mənəvi tərbiyəsində böyük rol oynayır.

Bu il 123 saylı tam orta məktəbin şagirdləri  ilə “ Nizami 880 il” adlı silsilə tədbirlər keçirildi. Nizaminin əsərləri şagirdləri cəsarətli, hünərli, mərd olmağa səsləyir. Şagirdlərdə təvazökarlığı, əməksevərliyi, gözütoxluğu formalaşdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi