1 İyun-uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi

01.06.2016-cı il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə " 1 İyun-uşaqların Beynəlxalq Müdafiə Günü " nə həsr olunmuş tədbir keçirildi. Tədbirin açılışında məktəbin direktoru Səba Həsənova bütün uşaqları bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını, diləklərini çatdırdı. Sonra şagirdlərin ifasında hazırlanmış fleşmob nümayiş etdirildi. Şerlər söylənildi, mahnılar oxundu, rəqsdər oynanıldı. Maraqlı bir tədbir keçirildi, üzlərində təbəssüm, gözlərində sevinc, şən əhval-ruhiyyə hamını sevindirdi. Qoy bizim gələcəyimiz olan uşaqlar hər zaman xoşbəxt və firavan böyüsünlər. Sülh və əmin-amanlıq şəraitində yaşasınlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi